Avtomatlaşdırılmış əməliyyat sisteminin dəstəklənməsi üzrə mütəxəssis vakansiyası

ABB İnfrastruktur və Əməliyyatlar departamentinə Avtomatlaşdırılmış əməliyyat sisteminin dəstəklənməsi üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı

  • Yüksək komanda ruhunda əməkdaşlıq;

  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;

  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

  • Bankdaxili aktiv sosial həyat.


Görəcəyiniz işlər:

  • Proqram təminat ilə bağlı sorğuları icra etmək, icazə və məhdudiyyətlər tətbiq etmək;

  • Sorğuları müəyyən olunmuş vaxt çərçivəsinə uyğun icra etmək;



  • İstifadəçilərin yaranan problemlərini araşdırmaq və həll etmək;

  • İstifadəçilərdən gələn zəngləri cavablandırmaq.


 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;

  • Bank əməliyyatları və ya nəzarət sahəsində minimum 1 il iş təcrübəsinə;

  • SQL biliklərinə (PL-SQL bilikləri üstünlükdür);

  • Komandada işləmək bacarığına;

  • Təşəbbüskar və yeniliklərə açıq olmaq xüsusiyyətlərinə;

  • Analiz bacarıqlarına sahib olan şəxsdir.


 

Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün: www.careers.abb-bank.az

_____________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az