reklam

Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının 10 illik fəaliyyətinə həsr olunmuş Konfrans keçirilib

Dekabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası və Sağlamlığa Xidmət İctimai Birliyinin birgə təşkilatçılığı Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının 10 illik fəaliyyətinə həsr olunmuş Konfrans keçirilib. Konfrans eşitmə məhdudiyyətli şəxslərin Azərbaycan Respublikasının Dövlət Himninin surdo formatda nümayişi ilə başlayıb. Konfransı giriş sözü ilə açan Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyinin nümayəndəsi Aytən Hüseynova Vərəm Əleyhinə QHT Koalisiyasının 2011-ci ildə Millət vəkili Soltan Məmmədov və Sağlamlığa Xidmət İctimai birliyinin sədri Elçin Muxtarlının təşəbbüsü ilə yaradıldığını və ötən dövr ərzində uğurlu fəaliyyət göstərərək cəmiyyətə töhfə verdiyini qeyd edib. Konfransda Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rafail Mehdiyev, TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Millət vəkili və Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Sədaqət Vəliyeva, Elmi-Tədqiqat və Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova və QİÇS- lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov açılış nitqləri söyləyərək Koalisiyasının ötən müddət ərzində fəaliyyətini yüksək qiymətləndiriblər. Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının sədri, “Sağlamlığa Xidmət” İctimai birliyinin sədri Elçin Muxtarlı koalisiyanın fəaliyyəti və gördüyü işlər haqqında təqdimatla çıxış edib. Konfransda Vərəm Əleyhinə QHT Koalisiyasının gördüyü işlər və həyata keçirdiyi tibbi-sosial yönümlü layihələr barədə məlumatlar verilərək, "Koalisiyanın 10 ildə keçdiyi yol" adlı film nümayiş olunub. Konfransda Elmi-Tədqiqat və Ağciyər Xəstəlikləri İnstitutu ilə və “Sağlamlığa Xidmət” ictimai birliyi arasında Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycana ilk dəfə olaraq Sağlamlığa Xidmət İctimai Birliyinin təşəbbüsü ilə gətirilən Yapon istehsalı olan Fujifilm FDR X-air portativ rentgen aparatının nümayişi olunub. Konfransın 2-ci hissəsi Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyinin nümayəndəsi Pərvanə Vəliyevanın moderatorluğu ilə davam edib. Koalisiyanın üzvləri “Sağlamlığa Xidmət” İctimai Birliyinin layihə koordinatoru Samirə Muxtarova, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin layihə koordinatoru Sona Hacıyeva, “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri Zəminə Səfərova, “İnkişafa Doğru Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova təmsil etdikləri təşkilatın fəaliyyətləri haqqında təqdimatla çıxış ediblər. Konfransın sonunda Vərəm sahəsində xidmətlərinə görə töhfəsi olan şəxslərə Təşəkkürnamələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az