"Azərxalça” ASC aşağıdakı vakansiyalar üzrə işə qəbul elan edir

Azərxalça” ASC aşağıdakı vakansiyalar üzrə işə qəbul elan edir.

 

Sürücü (yük maşını)

“Azərxalça” ASC-yə yük maşınını idarə edəcək sürücü tələb olunur

İş haqqında:

Cəmiyyətə məxsus yüklərin emalatxalar üzrə çatdırılması

Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək;

Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

 

Tələblər:

Sürücülük kateqoriyası: BC (mütləqdir)

İş stajı: Yük maşınının idarə edilməsi üzrə ən az 1 il (mütləqdir)

Yaş həddi: 28-65

Təhsil: orta

Yol hərəkəti qaydalarını mükəmməl bilməli, işində səbrli məsuliyyətli fəaliyyət göstərməlidir.

 

Əmək şəraiti:

AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

İş qrafiki: 6 günlük iş rejimi – (istirahət günü bazar günüdür)

Ofis Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir.

Bakı şəhərindən iş yerinə çatmaq üçün servis fəaliyyət göstərir.

Maraqlananlar öz CV-lərini mövzu hissəsinə “Sürücü (yük)” yazmaqla [email protected] ünvanına göndərməlidirlər.

Əlaqə üçün: 012-585-13-33

Müraciət üçün son tarix: 28.08.2021

 

Quba xalça emalatxanası üçün avtobus sürücüsü

“Azərxalça” ASC-nin Quba xalça emalatxanasına avtobus sürücü tələb olunur.

İş haqqında

Təyin olunmuş marşrutla hərəkət etmək, nəzərdə tutulmuş hərəkət cədvəlinə riayət etmək, intervalı gözləmək, optimal hərəkət sürətini seçmək, işçilərlə mədəni rəftar etmək;

Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək;

Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:

AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

5 günlük iş həftəsi

Tələblər:

Sürücülük vəsiqəsi «BCD» kateqoriyalı;

30-50 yaş;

Yaşayış yeri: Quba və ətraf rayonlarda olması arzuolunandır

Əmək stajı sürücü kimi 3 ildən artıq;

Fiziki sağlam;

Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı.

Maraqlananlar öz CV-lərini mövzu hissəsinə “Sürücü (avtobus -Quba)” yazmaqla [email protected] ünvanına göndərməlidirlər.

Əlaqə üçün: 012-585-13-33

Müraciət üçün son tarix: 28.08.2021

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az