Bank of Bakunun İnsan resursları departamenti ödənişsiz təcrübə proqramı elan edir

Bank of Bakunun İnsan resursları departamenti ödənişsiz təcrübə proqramı elan edir.
Proqrama kimlər müraciət edə bilər?
·İqtisadiyyat/Maliyyə/Hüquq/İdarəetmə sahələrində ali təhsil almış şəxslər;
·Azərbaycan dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına, ingilis dili üzrə yaxşı (intermediate) səviyyədə biliklərə malik olanlar;
·MS Office proqramları, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı olanlar;
·Analitik düşünmə qabiliyyətinə malik olan şəxslər;
·Operativ, təşəbbüskar, komanda ilə işləmək bacarığı olan və öyrənməyə, özünü inkişaf etdirməyə həvəsi olan gənclər.

Əsas vəzifə və öhdəliklər
·Komanda ilə birgə cari tapşırıqların yerinə yetirilməsi;
·Məlumat bazalarının hazırlanması;
·Komanda ilə birgə Personal uçotu əməliyyatlarına aid təhlillərin edilməsi;
·İşə qəbul prosesində iştirak, məlumat bazalarının formalaşdırılmasına dəstək;
·Yeni həyata keçiriləcək İnsan resursları layihələrində iştirak.

Proqramdan əldə edəcəkləriniz:
·İnsan resursları sahəsi üzrə əməliyyatları praktiki tətbiq etmək bacarığı;
·İşə qəbul prosesini öyrənmək və tətbiq etmək;
·İnsan resursları ilə əlaqədar fərqli məlumat bazalarının formalaşdırılması üzrə təcrübə;
·İnsan resursları sahəsində rəsmiləşdirmə əməliyyatlarını öyrənmək və tətbiq etmək;
·İnsan Resursları ilə bağlı müxtəlif layihələrdə iştirak etmək.

oİş yeri: Baş İdarə
oİş vaxtı: 5 iş günü, 09:00-18:00

MÜRACİƏT QAYDASI
Müraciət etmək istəyən namizədlər Bank of Baku saytında, vakansiyalar hissəsindən “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-lərisubject bölməsində İnsan Resursları Departamenti – Təcrübə proqramı qeyd etməklə[email protected]mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az