Biznes proseslərin təhlili və optimallaşdırılması şöbəsinin Aparıcı mütəxəssisi vakansiyası

Expressbank ASC-də Biznes proseslərin təhlili və optimallaşdırılması şöbəsinin Aparıcı mütəxəssisi vakansiyası aktivdir.

Vəzifə öhdəlikləri:
-Bank daxili biznes proseslərin təhlili və tərtib edilməsi, blok sxemlərin hazırlanması;
-Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
-Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
-Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;

Vəzifəyə tələblər:
Təhsil: Ali təhsil

Bilik və bacarıq:
-Mövcud biznes prosesləri anlamaq, təhlil etmək və optimallaşdırmaq bacarığı;
-CRM-sistemləri, Bank modulları (Temenos arzu olunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi olan;
-Texniki tapşırıq (istifadəçi və texniki səfiyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
-SQL biliyi;
-Web servis üzrə biliklərə sahib: arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, sorğulama formatları (JSON / XML) barədə anlayışa malik;
-MS Office bilikləri;
-Prezentasiya tərtib etmə və təqdim etmə bacarığı

Müraciət etmək istəyən şəxslər öz CV-lərini müvafiq başlıq ilə[email protected]mail ünvanına göndərə bilər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az