“Çağrı mərkəzi operatoru” vakansiyası

Gədəbəy Mineral Suları MMC-də “Çağrı mərkəzi operatoru” vakansiyası mövcuddur.

İş barədə məlumat :

Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə uyğun formada bildirilməsi;
Şirkətin kompaniyaları haqqında müştərilərə ətraflı məlumat verilməsi;
Müştərilərin istəklərini qeydə alınması və müvafiq şöbəyə yönləndirilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
Şirkətin xidmət, qiymətləri barədə müştəriyə düzgün məlumat vermək və sifarişləri qeydiyyata almaq;
Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək;

Tələblər:
Yaş: 20 – 30
Cinsi: Qadın
Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı);
Fikrini aydın, səlis və düzgün şəkildə izahetmə qabiliyyəti;
Səbrli və təmkinli;
Müvafiq sahədə 1-3 ilədək iş təcrübəsi (call center, satış və müştəri xidmətləri sahəsində olanlara üstünlük verilir);
Kompüter bilikləri – MS Office ( Word, Excel, Outlook) proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları;

İş şəraiti:
• İş rejimi: Həftədə 6 gün
• Əmək haqqı: 430 azn
• İş yeri: Ziya Bünyadov pr 2061

Vakansiyaya uyğun gələn namizədlərdən cv-lərini mövzu yerinə “Çağrı mərkəzi operatoru” qeyd edərək[email protected]elektron ünvanına göndərməkləri xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az