Direktor köməkçisi vakansiyası

Şirkət: AVT Logistics MMC (Veysəloğlu Şirkətlər Qrupu)
Vəzifə: Direktor köməkçisi
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəs
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Təhsil: Ali təhsil
Yaş həddi: 22-29

İşin Təsviri: Rəhbərin günlük işinin planlanması, hesabatların hazırlanması və müvafiq məlumatların araşdırılmasına yardımçı olmaq.

Vəzifə öhdəlikləri:
Rəhbərin iştirakı edəcəyi toplantılarda iştirak edərək müvafiq təqdimatların aparılması;
Logistik anbarda olan işlərin təqib edilərək rəhbər ilə müzakirə olunması;
Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması, ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi;
Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:
Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
Planlama qabiliyyəti;
Yüksək təşkilatçılıq bacarığı;
MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
(20Yanvar və Əhmədli metro stansiyalarından)
Nahar ilə təmin edilmə;
Endirimli tibb xidməti;
5 günlük iş qrafiki;

Müraciət qaydaları:[email protected]elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Direktor köməkçisi” yazmaqla müraciət edilir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az