“Ephemera” performansı

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Layihə Məkanında baş tutacaq “Ephemera” adlı performansa dəvət edir. Eksperimental formatda keçiriləcək bu tədbir sizi həyatınız haqqında düşünməyə vadar edəcək.
İştirakçılar: qiraətçi Natiq Muxtarov, DJ Danil Jdanov və rəqqasə Lenay Seyidəli-zadə.
Natiq Muxtarov CBC Sport kanalında rejissor kimi fəaliyyət göstərir və aktyorluq sənəti ilə maraqlanır. Onun şeir qiraətinə xüsusi sevgisi var.
Danil Jdanov 15 illik təcrübəyə malik rusiyalı elektron musiqiçisi və səs rejissorudur.
Lenay Seyidəli-zadə xoreoqraf, rəqqasə, “Baku Tango Therapy” məktəbinin yaradıcısı və rəqs fəlsəfəsi üzrə tədqiqatçıdır.
Məkan: ARTIM Layihə Məkanı
Tarix: 25 iyun 19:00
Dil: Azərbaycan dili
Giriş sərbəstdir
Yerlərin sayı məhduddur

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles