“FinTech founders bootcamp by PASHA Bank” proqramı

Məlumatların təhlili və maliyyə sahəsində istifadə edilən çoxşaxəli yanaşmalarla tanış olmaq, həmçinin müasir texnoloji maliyyə vasitələrinin tətbiqi barədə məlumat əldə etmək istəyirsinizsə, “FinTech founders bootcamp by PASHA Bank” proqramına qatılın!

Öncədən qeydiyyatdan keçməklə, təlim proqramına qoşula, maliyyə və texnologiyalar aləminin ən yaxşı təcrübələri ilə tanış ola, çalışdığınız şirkətə dəyər gətirməkdə kömək edəcək yeni bacarıqlar qazana biləcəksiniz.

Layihə, İT və rəqəmsal bankçılıq sahəsində trendləri müəyyənləşdirən “PAŞA Bank” və startapları dəstəkləyən akselerasiya mərkəzi “SUP.VC” tərəfindən təşkil olunacaq. Təlimlər 26-28 iyul tarixləri əhatə olunmaqla 3 gün davam edəcək.

“Bootcamp”da iştirak etmək üçün qeydiyyatdan keçməyə tələsin! Qeydiyyat və ətraflı məlumat üçün link:https://fin.tech.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az