“Laboratoriya mütəxəssisi” vəzifəsi üzrə vakansiya

A+CO ASC olaraq şirkətimizə “Laboratoriya mütəxəssisi” vəzifəsi üzrə əməkdaş axtarırıq.

Tələblərimiz:

- Kimya, Biologiya sahəsində ali təhsil;.
- Göstərilən vəzifə üzrə ən azı 2 illik iş təcrübə;
- MS Office (MS Excel) proqram bilikləri;
- Rus dili biliyi əlavə üstünlükdür;
- Laboratoriya avadanlıqlarını, onların istismar olunması qaydalarını bilməli;
- Xammal və istehsal olunan hazır məhsulun keyfiyyəti üzrə fəaliyyətdə olan normativ sənədləri ilə işləmə bacarığı;
- Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

- Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarət etməsi;
- Xammalın, suyun, köməkçi materialların, istehsal olunan məhsulların və yarımfabrikatlara dair sınağın onların standartlara uyğunluğuna nəzarətin (orqanoleptiki, fiziki-kimyəvi) təmin edilməsi;
- Laboratoriyanın gündəlik temperatur və rütubətini yoxlayıb və qeydlərin yaradılması
- Sınaqlarının nəticələrinin düzgünlüyünü ,obyektivliyini və tələb olunan dəqiqliyini təmin edilməsi;
- Analizin aparılması zamanı aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasına dair tədbirlərin görülməsi; -
- Kimyəvi reaktiv və məhlulların hazırlanması, hazırlanan reaktivlərin qeydiyyatının aparılması və saxlama müddətinə nəzarət edilməsi
- İstehsalat avadanlıqlarına, (çən və s.) yuyulmadan sonrakı nəzarəti təmin edilməsi ( fiziki-kimyəvi analizlərlə);
- İşçilərin əllərindən və geyimindən yaxma götürülərək mikrobioloji analizin aparılması;
- Laboratoriyada aparılan bütün analizlərin (orqanoleptiki, fiziki-kimyəvi və mikrobioloji), həmçinin cihaz kalibrasiya və tənzimləmələrinin qeydiyyatın aparılması.
- Qeydiyyatların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirilməsi;
- Laboratoriyada istifadə olunan cihazların kalibrasiya və tənzimləmələrini plana uyğun olaraq həyata keçirilməsi;

İş şəraitimiz:

- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur ;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
- 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Laboratoriya mütəxəssisi” yazaraq[email protected]ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az