"Marketinq mütəxəssisi" vəzifəsi üzrə vakansiya

ÜMUMİ VƏZİFƏ ÖHDƏLİKLƏRİ:



  • Sosial media hesabları və platformalarını idarə etmək (Facebook, LinkedIn, Instagram, Youtube və s.);

  • Kreativ post ideyaları hazırlamaq (mətnlərin yazılması və redaktə edilməsi);

  • Bütün növ reklam, PR mətn və ideyalarının və mətnlərinin hazırlanması (press-reliz, seo yönümlü mətnlər);

  • Bazarda trendlərin, rəqiblərin analiz edilməsi və digər araşdırmaların edilməsi;

  • PR, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;

  • Səhifəyə gələn sorğuları cavablandırılmasını təmin etmək;

  • Şirkətin vebsaytında olan məlumatların redaktə olunması;

  • Podratçi şirkətlərlə işləmək (mətbəə, agentlik və s.).


 

NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:



  • Ali təhsil;

  • Marketinq üzrə 1- 3 illik iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan dili və Rus dili mükəmməl, İngilis dili yaxşı;

  • Kompyuter biliyi:Word, Excell, Power Point;

  • Qrafiq dizayn və video montaj proqramınlarından anlayışı olması üstünlükdür;

  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

  • Sosial media planlama və idarəetmə təcrübəsi;

  • Araştırma, daima öyrənməyə həvəsli və verilən tapşırıqları vaxtında çatdırmaq;

  • Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;

  • Problem həlletmə, müstəqil qərarvermə və təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.


 

Portfolio mütləqdir (cv ilə portfolionuzu əlavə etməyiniz xahiş olunur).

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lə[email protected] ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix10 may 2022-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində“Marketinq mütəxəssisi”şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az