"Marketinq üzrə Departament Rəhbəri" vəzifəsinə vakansiya var

Yenilikçi, təcrübəli, peşəkar olduğuna inanırsansa, bu vakansiya məhz sənin üçündür!
İrşadda "Marketinq üzrə Departament Rəhbəri" vəzifəsinə vakansiya var!
Hazır CV formasını[email protected]elektron poçt ünvanına göndərə bilərsiniz.
Vəzifə və öhdəliklər:

- Şirkətin bütün satış kanallarında ticarət marketinqi strategiyasının planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi
- Rəqib mühitinin monitorinqi;;
- Şirkətin balanslaşdırılmış çeşid portfelinin formalaşdırılması;
- Yeni, perspektivli məhsulların axtarılması;
- Təqdimatların hazırlanması (Şirkət, onun məhsulları və s.);
- Şirkət tərəfindən həyata keçirilən mal və xidmətlərin təşviqi üçün reklam kampaniyalarının və proqramların idarə edilməsi.
- Görülən tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi, investisiyaların optimallaşdırılması, rentabelliyin hesablanması;
- Şirkətin ticarət nişanlarının atributlarının, brendinq standartlarının hazırlanması;
- Materialların brend kitabda birləşdirilməsi;
- Marketinq proqramlarını həyata keçirərkən brendinq standartlarına uyğunluğun monitorinqi;
- Şirkət saytının idarə edilməsi

Tələblər:
- Yaş – 30 -40
- İş təcrübəsi - ən azı 5-10 il olmalıdır
- Ən azı 3 il rəhbər vəzifələrdə iş təcrübəsi
- AR ərazisində satışın inkişafı təcrübəsi
- Yaxşı analitik bacarıqlar
- Şirkətin kommersiya potensialını artırmaq üçün satış alətlərinin effektivliyini təhlil etmək bacarığı;
- Yaradıcılıq, yaxşı təqdimat, ünsiyyət, danışıqlar aparmaq bacarığı;
- Ali təhsil (iqtisadiyyat);
- Kompüter bilikləri (MS Office).
Ə/H – 5000 AZN
☎ *0171

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az