Masallıda “Maliyyə savadlılığı” klubunun təşkili ilə ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması layihəsinə start verilib

Masallıda “Maliyyə savadlılığı” klubunun təşkili ilə ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması layihəsinə start verilib
Masallı rayonu Mololon kənd ümumi orta məktəbi ndə “Maliyyə savadlılığı” klubunun təşkili ilə ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması layihəsinə start verilib.
Layihə rəhbəri Könül Qənbərovanın verdiyi məlumata görə,  layihənin əsas məqsədi ucqar kənd məktəbi şagirdlərinin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsinə, onların müasir iqtisadi – maliyyə alətlərindən istifadə üzrə biliklərini artıraraq yığım mədəniyyətinin formalaşdırılmasına xidmət göstərməkdir. Layihənin vəzifələri -layihə barədə Masallı rayonu üzrə seçilmiş 6 ucqar kənd məktəblərində geniş təbliğat, bu sahədə ekspertlərin və xüsusi qonaqların layihənin gedişatında iştirakı, iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, iqtisadi məzmunlu fəal oyunlar və maliyyə savadlılığı dərnəyinin yaradılmasıdır.
Layihə təbliğat işləri, təlim-görüş, müsabiqə, klubların yaradılması və hesabat dövrünü əhatə etməklə 5 mərhələdən ibarət olacaqdır. Belə ki, layihə öz başlanğıcına könüllülər qrupun formalaşdırılması ilə start verib. Eyni zamanda idarə heyəti də təsis olunub ki, onların da ilk öncə əsas işləri layihə barədə bukletlərin, posterlərin, rollupın, və press relizlərin hazırlanaraq ictimaiyyətə təqdim etməkdir.
Layihənin ikinci mərhələsində 6 ucqar kənd məktəbin 30 şagirdi ilə ümumilikdə 6 gün ərzində 36 saatlıq təlim-görüşlər təşkil olunacaqdır. Təlim-görüşlər bitdikdən sonra xüsusi yaradılmış jurilərin köməyilə ən maraqlı təqdimat, inşa və digər kiçik layihələr mükafatlandırılacaqdır.
Müsabiqə iştirakçılarının işləri layihənin sonunda çap olunacaq jurnalda ətraflı şəkildə işıqlandırılacaqdır. Həmçinin müsabiqə qaliblərə ilə yanaşı layihə müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar təqdim olunacaqdır. Təlimlər və müsabiqə bitdikdən sonra layihənin davamlılığını təmin etmək üçün iştirakçı 6 ucqar kənd məktəbində “Maliyyə savadlılığı” klubları yaradılacaqdır.
Layihə də reallaşdıqdan sonra gözlənilən nəticələr: 6 ucqar kənd məktəbinin şagirdlərinin iqtisadi – maliyyə savadlılığın artırılması, yığım mədəniyyətinin formalaşdırılması, qənaət və israf, pulun tarixi və büdcə anlayışı mövzularında maarifləndirilməsi, 6 ucqar kənd məktəbinin şagirdlərinin müasirləşməsi və dünya görüşünün artırılması, 6 ucqar kənd məktəbində “Maliyyə savadlılığı” klublarının yaradılması və həmçinin bu tipli layihələrin inkişafına təkan vermiş olacaq.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir