Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Aprelin 25-dən dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilir. Namizədlər 4 may saat 11:00-dəkwww.miq.edu.az/yerdeyishmelinkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var. Namizədlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən diqqətli olmaq tövsiyə edilir. Müsabiqə şərtlərin uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir: Əri və ya arvadı hərbçi olduqda: - nikah haqqında şəhadətnamənin surəti; - ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti. Şəhid ailəsi üzvü olduqda: - şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti; İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə: - həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti. Yuxarıda qeyd olunan şərtləri ödədikdə: - Sosial amilləri təsdiq edən bütün sənədlərin surəti. Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək. Yerdəyişmə müsabiqəsi iştirakçılarına uğurlar arzulayırıq!
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az