Mühasib vakansiyası

Vacancy: Mühasib tələb olunur

Əsas vəzifə və öhdəlikləri:
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
• E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
• Mühasibatlıqla bağlı aylıq məlumat xarakterli hesabatların rəhbərliyə təqdim edilməsi;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi, inventarizasiyanın aparılması
• Kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
• Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
• Bank və kassa ödənişlərinin həyata keçirilməsi, daxil olan və çıxan pul vəsaitinin uçotunun aparılması;
• Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
• Ciddi hesabat blankları ilə işləmək bacarığı, kargüzarlıq işinin aparılması.
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Tələblər olunan keyfiyyətlər
• Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
• Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
• Mühasibatlıq üzrə 3 il iş təcrübəsi;
• Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 konfiqurasiyasında işləmə bacarığı
• İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.
• Məsuliyyətli və işində dəqiq;
• Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;

İş haqqında məlumat:
• İş yeri Xırdalan
• İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək, istirahət günləri şənbə, bazar
• Şirkət hesabına nahar
• Əmək haqqı 800-900 AZN
• AR qanunvericiliyinə uygun sənədləşmə

CV-lərinizi mövzu yerinə "Mühasib" yazaraq[email protected]elektron ünvanına göndərə bilərsiniz.

__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az