Mühasibat uçotu üzrə 3 aylıq maaşlı təcrübə proqramı

TBC Kredit BOKT Mühasibat uçotu üzrə 3 aylıq maaşlı təcrübə proqramı üzrə işçi qəbulu elan edir.

Tələblər:

Təhsil: İqtisadiyyat, Maliyyə və ya digər oxşar sahələr üzrə ali təhsil.

İş təcrübəsi: Təcrübə tələb olunmur, universiteti yeni bitirmiş şəxslər müraciət edə bilərlər.

Dil bilikləri: Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini orta səviyyədə biliyi.

Kompyuter bilikləri:
Microsoft Office proqramları üzrə biliklər.

Əlavə bacarıqlar:
Komandada işləmək bacarığı;
Ünsiyyət qura bilmək bacarığı;
Təşəbbüskarlılıq;
Daim öyrənmək həvəsi.

İş şəraiti:
– İş qrafiki: 5 gün, (1- 5 günlər) 09:00-dan 18:00-dək;
– Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Xahiş olunur ki, CV-ləri ([email protected]) elektron ünvanına təqdim edəsiniz.
E-məktubunuzun “mövzu” (subject) sətrində müraciət etdiyiniz vəzifəni qeyd edin (Mühasibat uçotu üzrə təcrübəçi).
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir