“Narkomaniya” mövzusunda videoçarx ssenariləri müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nörməli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.30-cu yarımbəndinin icrasını təmin etmək, eləcə də mədəniyyət və incəsənət sahəsində təhsil alan gənclərin yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri audiovizual sahəyə cəlb etmək məqsədilə “Narkomaniya” mövzusunda videoçarx ssenariləri müsabiqəsi elan olunur.

Müsabiqənin reqlamentini bu linkdən əldə etmək mümkündür.

narkomaniya-reqlament

 

Müsabiqəyə son müraciət tarixi Bakı vaxtı ilə 30 dekabr 2021-ci il saat 00:00-da bitir.

Related Articles