"Polad Həşimov" adına təhsil təqaüdü proqramı


Simurq Təhsil Fondu ali təhsil müəssisələrində bakalavr (I - IV kurs) dərəcəsi üzrə əyani təhsil almaqda olan tələbələr üçün "Polad Həşimov" adına təhsil təqaüdü proqramına qəbulu açıq elan edir!



🇦🇿 Qeyd edək ki, bu proqram Aprel döyüşləri, Tovuz döyüşləri və II Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünü canları bahasına təmin edən şəhidlərimizin övladları (qardaş və ya bacıları) üçün hazırlanmışdır.



Bir il ərzində davam edəcək proqrama seçilən şəxslər aşağıdakı imkanlardan yararlanacaqdır:



• Aylıq təhsil təqaüdü;

• Psixoloq dəstəyi;

• Karyera məsləhətçiliyi;

• Peşəkar şəxslər tərəfindən mentor dəstəyi;

• İngilis dili dərsləri;

• Ofis proqramlarının tədrisi;

• Peşəyə uyğun təcrübə proqramı.



Vacib məqamlar:



Seçim prosesi qeydiyyat forması, müsahibə və ailəylə görüş kimi üç fərqli mərhələdən ibarət olacaqdır.



Bu proqrama Bakı və digər regionlarda yerləşən ali təhsil müəssisələrində əyani təhsil alan (yuxarıda qeyd edilən fokus qrupuna daxil) bütün şəxslər müraciət edə bilərlər.



Proqram hər il təkrarlanacaq və yeni tələbə qruplarına fokuslanacaqdır.



2021-2022-ci tədris ilində bakalavar dərəcəsi üzrə I kurs tələbəsi olacaq şəxslər yekun nəticəni əldə edənə qədər proqrama qəbul açıq olacaqdır.



İlkin müraciət üçün aşağıda qeyd edilən formanı doldurmanız xahiş olunur. Nəzərə alın ki, qeydiyyat formasında göstərdiyiniz motivasiyanıza əsasən növbəti mərhələyə keçid hüququ qazanacaqsınız.



Qeydiyyat linki: https://bit.ly/3dQf1RK



Son tarix - 20 avqust



Dəyişiklik təhsildən başlayır!



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az