Proqramçı olmaq hara, sən hara…

Proqramçı olmaq hara, sən hara…

 

Bu məqaləni oxuyursansa, deməli, ətrafında xeyli sayda dost-tanışın yerli banklarda, IT şirkətlərdə, o cümlədən xarici şirkətlərdə yüksək maaşla proqramçı (developer) vəzifəsinə işə götürüldüyü sənin də nəzərindən qaçmayıb…

 

Həmçinin, böyük ehtimal sənin də məlumatın var ki, şirkətlər hələ də bu sahədə olan kadr tələbatını qarşılaya bilmir. Hər gün bu sahə üzrə yeni vakansiya (özü də nə maaşla 🤩) açılması bunun sübutudur.

 

Deməli, gələcəyini dəyişdirməyin indi tam vaxtıdır !

 

Məhz bu fürsəti dəyərləndirməyin üçün, ölkəmizdə təcrübə zəmanətli proqramlaşdırma akademiyası fəaliyyətə başladı.

 

Akademiya kimlər üçündür ?

 

– İstənilən ixtisasda oxuyan ancaq texnologiyaya həvəsli tələbələr

– Universiteti yeni bitirmiş məzunlar

– Tamamilə fərqli sahədə işləyən şəxslər

– Yaxın 2-5 ildə xaricə köçməyi planlaşdıranlar

– Proqramlaşdırmanı özü öyrənməkdə (selfstudy) çətinlik çəkənlər

– Evdən (remote) və ya sərbəst (freelance) işlərdə işləməyi xoşlayanlar

 

Niyə proqramçı olmalısan ?

 

– Ölkəmizdə və dünyada ən yüksək maaşlar məhz bu sektordakı vakansiyalardadır

– Həm ofisdən, həm evdən işləyə biləcəyin bir işdir

– Hansısa şirkətin işçisi olmasan belə, özün freelance xidmət göstərə bilərsən

– Ölkə xaricinə asanlıqla köçə və orada yüksək maaşa işləyə bilərsən

– Linkedin üzərindən daim xarici şirkətlərdən təkliflər ala bilərsən

– Gələcək nəsillərə daha yaxşı bir dünya inşa edə bilərsən…

 

Niyə Div Academy ?

 

Qısa yol: Akademiya 8 illik proqramlaşdırma təcrübəsi olan IT şirkət (OKmedia LLC) tərəfindən təsis edilmişdir. Bu nə deməkdir ? Yəni, şirkətlərin proqramçı axtararkən nələrə fikir verdiyini, nələri bilməli olduğunu, müsahibələrdə nələri soruşduğunu artıq bu akademiya yaxşı bilir və səni iş həyatına qısa yoldan hazırlayır.

Birbaşa qəbul: Akademiyanı bitirdikdən sonra dərhal partnyor IT şirkətlərdə real təcrübəyə başlayırsan və CV-in digər kurs məzunlarından 1-0 öndə olur.

Karyera mərkəzi: CV demişkən, həm də burada peşəkar CV hazırlanması, müsahibələrdə verilən suallar haqda sınaqdan keçmiş taktikalar sənə öyrədiləcək.

Qısa müddət: 4 aylıq intensiv proqram nəticəsində sürətli formada proqramlaşdırma öyrənəcəksən.

Hər gün praktika: Hər gün tədris + hər gün praktiki məşğələ metodu ilə proqramçı olmaq çətinliyi geridə qaldı.

 

Sosial məsuliyyət

 

– Div Academy-də təhsil almaqla, fiziki məhdudiyyətli gənclərin də ödənişsiz bu tədrisdən yararlanmasında sənin rolun olacaq. Daha əvvəl başlatdığımız #Bacararsan.az layihəmizdə onlarla fiziki məhdudiyyətli gənclərə dəstək olduq, onlara istiqamət verdik. Təhsil almaqla sən həm öz gələcəyini inşa edəcəksən, həm də bu xörəkdə sənin də duzun olacaq…

 

Niyə #GələcəyiYazanlar ?

– Bu, bizim hashtag və sloqanımızdır. Çünki biz düşünürük ki, daha yaxşı bir dünya üçün sən dünyaya yön verən insanlardan, yəni, Gələcəyi Yazanlardan olmağı bacacaraqsan…

 

İlk addımı at:

– Qeydiyyatdan keçmək və ya ətraflı məlumat almaq üçün İnstagram və ya Facebook-da bizi tap: @divacademy.az

Related Articles