Şəbəkə Əməliyyatları Mərkəzi (NOC) mütəxəssisi vakansiyası

ABB İnfrastruktur və Əməliyyatlar departamentinə Şəbəkə Əməliyyatları Mərkəzi (NOC) mütəxəssisi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:



  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

  • Peşəkar kollektivdə çalışmaq imkanı;

  • Yüksək komanda ruhunda əməkdaşlıq;

  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;

  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

  • Bankdaxili aktiv sosial həyat;




Görəcəyiniz işlər:

  • Müxtəlif alətlərdən istifadə etməklə kompüter sistemlərinin performans və dayanıqlılığına nəzarəti həyata keçirmək;

  • Serverlər, Şəbəkə infrastrukturu, Tətbiqetmələr, Məlumat bazaları və Məlumat mərkəzlərinə nəzarət etmək;

  • Mürəkkəb problemlərlə bağlı müvafiq olaraq rəhbərlik, digər İT strukturları və üçüncü tərəflərlə kommunikasiyanı yaratmaq;

  • İT Sistemlərində yaranmış problemləri səlahiyyətlər çərçivəsində həll etmək.


Bizim üçün uyğun namizəd:

  • IT avadanlıq, proqram təminatı üzrə dəstək və problemlərin həlli üzrə biliklərə;

  • Ehtiyat nüsxələrinin (backup) alınması ilə bağlı biliklərə;

  • Şəbəkə üzrə biliklərə;

  • Windows server sistemləri üzrə ilkin biliklərə;

  • Linux sistemləri üzrə ilkin biliklərə;

  • SQL üzrə biliklərə (arzuolunandır);

  • Analitik düşüncə və yüksək ünsiyyət bacarıqlarına sahib olan şəxsdir.


 

Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün: www.careers.abb-bank.az

_____________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az