Şəbəkə üzrə administrator istiqaməti üzrə vakansiya

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnfrastruktur departamentinin Sistem inzibatçılığı şöbəsinə Şəbəkə üzrə administrator istiqaməti üzrə vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəliFərmanıilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı.


Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (texniki sahə üzrə təhsil arzuolunandır);

  • İddia olunan istiqamət üzrə minimum 2 il iş təcrübəsi:

  • NGFW-lar üzrə biliklər və iş təcrübəsi (PaloAlto);

  • Cisco IOS, NX-OS, IOS-XE üzrə biliklər və iş təcrübəsi;

  • HPE, Aruba, Huawei network avadanlıqları iş təcrübəsi;

  • Wireless şəbəkə üzrə biliklərin olması;

  • Unify controller və access pointlər ilə iş təcrübəsi;

  • VoIP üzrə biliklər, Grandstream UCM, Yeastar PBX ilə iş təcrübəsi;

  • Zabbix, PRTG monitorinq sistemləri ilə iş təcrübəsi;

  • Routing və Switching protokolları barəsində məlumatlı olması:

  • Cisco SD-WAN texnologiyası üzrə biliklər və iş təcrübəsi (arzu olunandır);

  • Linux əməliyyat sistemi ilə işləmə bacarığı (arzu olunandır);

  • İngilis dilində materialları oxuyub, başa düşmək;

  • Özünü inkişaf etdirməyə və yeni texnologiyaları araşdırmağa həvəsli olması.


Görəcəyiniz işlər:

  • Şəbəkə infrastrukturunun dəstəklənməsində iştirak etmək;

  • Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırmaq üçün müvafiq tədbirlər görmək;

  • Agentliyin informasiya texnologiyaları infrastrukturunda baş vermiş nasazlıqları vaxtında müəyyən etmək və yerində həll olunmasını təmin etmək;

  • Agentliyin inzibati binalarında və tabeliyində olan Dövlət Səhiyyə sisteminə daxil olan Tibb müəssisələrinin lokal şəbəkənin qurulması, nəzarəti və texniki infrastrukturunu yaratmaq;

  • Data Mərkəzlərin, Agentliyin və tabeliyində verilən Dövlət Səhiyyə sisteminə daxil olan Tibb müəssisələrinin arasında Site-to-Site VPN şəbəkəni yaratmaq;

  • Şəbəkə ilə bağlı yeni həllərin və informasiya texnologiyaları üzrə məhsulların test edilməsi və rəhbərliyə təqdim etmək;

  • Şəbəkə üçün istifadəçi və şəbəkə təhlükəsizliyi təlimatlarının yaradılması, şəbəkə fəaliyyəti ilə bağlı müraciətlərə cavab vermək və istifadəçilərin şəbəkədə fəaliyyətinə nəzarət etmək;

  • İstifadəçilərdə və infrastrukturda yaranan şəbəkə problemlərini müəyyən etmək, araşdırmaq və aidiyəti üzrə həll etmək;

  • İnfrastrukturun dayanıqlılığını təmin etmək;

  • IP telefoniya xidmətinin qurulması və monitorinqini həyata keçirmək;

  • L2/L3 topologiyaların planlanması və hazırlanmasını həyata keçirmək;

  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək.


Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.


Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 22.05.2022-ci il;

  • CV-lər[email protected]ünvanına göndərilməlidir[1];

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


 

 

[1]Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir:yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az