“Toxum School-Regions” layihəsi başlayır!

“Toxum School-Regions” layihəsi başlayır!

Toxum.org platforması Şəki şəhərində yaşayan və ideyalarla zəngin fərdlər üçün  “Toxum School-Regions” layihəsini təqdim edir.
4 regionda keçirilməsi planlanan Toxum School-Regions ilk səfərini Şəki şəhərinə edir.
Layihə “Gənclər klubu” İctimai  Birliyi və “Addım” Tədris Mərkəzinin dəstəyi  ilə həyata keçirilir.
Ağlınız ideyalarla doludur, ancaq hələ də ideyalarınıza həyat vermək üçün hardan başlamalı olduğunuzu bilmirsinizsə, o zaman bu 2 günlük təlim sizin üçündür!
Təlimlər zamanı mütəxəssislər tərəfindən ideyaların layihə halına gətirilməsi, onun sosial sahibkarlıq tərəflərinin inkişaf etdirilməsi və nəhayət, kraudfandinq kampaniyası vasitəsilə layihənizə həyat
verməyi praktiki olaraq öyrənəcəksiniz.

Layihədən qazanacaqlarınız:
-İlk növbədə təlimdə iştirak etmiş iştirakçılar Kraudfandinq və Sosial Sahibkarlıq haqqında dərin biliklərə yiyələnəcəklər.
-Keçilmiş müxtəlif mövzulu nəzəri və praktiki təlimlər nəticəsində uğurlu kampaniya aparmağa hazırlıqlı olacaqsınız.
-Bu təlimlər layihəyə başlamaq istəyib, lakin maddi dəstəyi necə əldə etmək kimi suallar qarşısında qalan gənclərə dəstək verəcək.
-Layihədən sonra artıq ideyanızı rahatlıqla reallaşdıra biləcəksiniz.

Layihədə iştirak etmək üçün tələblər:
1. Yaş 18-dən böyük olmalı;
2. Müəyyən sosial və sosial sahibkarlıq ideyasına sahib olmalı;

Layihə 12 iyun tarixində 10:00-17:30, 13 iyun tarixində isə 10:00-16:00 saatları arasında baş tutacaq.

Təlim barədə ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün aşağıdaki form-a daxil ola bilərsiniz!

Link: https://forms.gle/5QfNqwdY5BkZMTYT9

Qeydiyyat üçün son tarix: 03.06.2021

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir