Video kontent üzrə təcrübəçi vakansiyası

Xarici filmlərə, reklamlara baxıb necə gözəl hazırlayıblar deyən, həmin videolardan daha yaxşılarını hazırlamaq istəyən gənclər üçün əla fürsət! Böyüməyə davam edən bir media layihəmiz üçün video kontent üzrə təcrübəçi axtarırıq. Real iş mühitində video çəkiliş, studio şəraitində işıqların tənzimlənməsi, videoların montaj olunması kimi istiqamətlərdə təcrübə qazanacaq. Təcrübə proqramını uğurla bitirənlərin bizim komandamızda qalıb işləmələrində maraqlı olacağıq. Axtardığımız gəncdən istəklərimiz nələrdir: - Öyrənmə həvəsi; - Video sahəsinə maraq; - Xarici dil biliyi üstünlükdür. Maraqlanan gənclər CV-lərini və ya özləri haqqında qısa məlumatı[email protected]ünvanına göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az