reklam

“Vitraj işi” və "Florist" ixtisasları üzrə qısamüddətli təlim

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) birgə təşəbbüsü ilə hər kəs üçün inklüziv peşə təlimlərinə qəbul elan edilir. Aİ-nin maliyyələşdirdiyi "Gələcək üçün peşə təhsili və təlimi" layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “vitraj işi” və “florist” ixtisas istiqamətləri üzrə ölkədə ilk dəfə olaraq qısamüddətli inklüziv peşə təlimləri həyata keçiriləcək. İki ay müddətində davam edəcək təlimlər sözügedən peşə təhsil mərkəzində, eləcə də tərəfdaş müəssisələrin nəzdində təşkil ediləcək. Təlim zamanı iştirakçılar vitraj sənətinin texnikaları, rənglərlə işləmək, biznes planlarının hazırlanması, naxış və kompozisiyaların çəkilməsi, həmçinin bitkilərin yetişdirilməsi və onlara qulluq, buketlərin hazırlanması kimi istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnəcəklər. Proqramın tərkib hissəsi kimi “hər kəs üçün təlim” yanaşmasına uyğun olaraq və insanların müxtəlif qabiliyyətlərini nəzərə alaraq, inklüziv mühitdə iştirakçılar üçün biznes bacarıqlarının inkişafı üzrə sessiyalar da keçiriləcək. Təlimlərə yuxarıda qeyd olunan istiqamətlər üzrə maraqlı olan şəxslər müraciət edə bilərlər. Təlimdə iştirak etmək istəyən şəxslər3 aprel, 2022-ci il tarixinədəkkeçiddəkiformanı tamamlayıb təqdim etməlidirlər:https://bit.ly/3tnuJfv Seçim prosesi ərizə və müsahibə mərhələləri olmaqla icra ediləcək və bu mərhələləri uğurla keçən namizədlər təlimlərə iştirakçı qismində cəlb olunacaq. Qeyd edilməlidir ki, təlimlər ödənişsizdir və təlim proqramını müvəffəqiyyətlə bitirən şəxslərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət nümunəli sertifikatları təqdim ediləcək. Təlim proqramı Azərbaycanda ömürboyu təhsil yanaşmasına dəstək olacaq və gələcəkdə həmin istiqamət üzrə təlim keçmiş qadın və kişilərə yeni məşğulluq imkanları yaradacaq. Sözügedən təlimlər, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az