“ASAN Akademiya - Qarabağ” layihəsinə start verilir!


Qarabağlı gənclərin nəzərinə!



“ASAN Akademiya - Qarabağ” layihəsinə start verilir!



Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi) və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “ASAN Akademiya - Qarabağ” layihəsi həyata keçiriləcək.



2 ay müddətində davam edəcək layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan, böyük qayıdış prosesində iştirak edəcək Qarabağlı gəncləri bir araya toplayaraq onları təcrübi biliklərə yiyələndirməkdir.



Layihə müddətində iştirakçılar üçün peşəkarlar tərəfindən 7 modul üzrə xüsusi proqram tədris olunacaq:



İnsan resurslarının idarəedilməsi;

Layihələrin idarəedilməsi;

Biznesin idarəedilməsi;

İctimaiyyətlə əlaqələr və sosial media marketinq;

İnnovasiya;

Maliyyə;

Hüquq.



İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə nəzəri hissədən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyaların təşkili nəzərdə tutulur.



Qeyd edək ki, layihədə 16-24 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 50 Qarabağlı (və Qarabağ ətrafı bölgələrdən olan) gənc iştirak edəcək.



Layihədə iştirak üçün qeydiyyat linki: https://bit.ly/39j3RFZ



Son müraciət tarixi: 20.06.2022


__________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az




BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az