“Milli-mədəni irsimiz: Aşıq Ələsgər yaradıcılığı” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən noyabrın 24-də “Milli-mədəni irsimiz: Aşıq Ələsgər yaradıcılığı” mövzusunda keçiriləcək respublika elmi-nəzəri konfransa tezis qəbulu davam edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezislərini oktyabrın 10-dək [email protected] elektron poçtuna göndərə bilərlər.

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan konfrans mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn keçirilə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir