“Monitorinq və qiymətləndirmə üzrə baş mütəxəssis ” vakansiyası

Bu vəzifədə çalışan məsul şəxs şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin monitorinqini təşkil edir, müvafiq qiymətləndirmələr aparır. Bu sahədə innovasiyaların tətbiqinə dair təkliflər verir. Ümumi prosesi təşkil edərək nəzarəti həyata keçirir.

 

Tələblər:

 

· Ali təhsil (filologiya, psixologiya və ya pedaqogika sahəsi üzrə);

· Monitorinq və qiymətləndirmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi;

· Təlimçi vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi;

· Ümumi idarəetmə üzrə minimum 1-3 il iş təcrübəsi;

· Layihə idarəetmə sahəsi üzrə təcrübəsi (üstünlük verilir);

· Planlaşdırma, ümumiləşdirmə və hesabatlılıq bacarığı;

· Müşahidə, təhlil və təqdimetmə bacarıqları;

· Konfliktləri idarəetmə bacarığı;

· Kommunikasiya və auditoriya ilə işləmək bacarığı;

· Müzakirəyə və innovasiyalara açıq olmaq bacarığı;

· Xarici dillərdən ən az birini yüksək səviyyədə bilməsi (rus və ingilis dillərinə üstünlük verilir);

· İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar;

· Komandada işləmək bacarığı.

 

Məşğulluq:

 

· Tam iş qrafiki, həftə içi 5 gün, 09:00-18:00;

· Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.

Uyğun namizədlərdən [email protected] ünvanına mövzu bölməsində vəzifənin adı (MQ üzrə baş mütəxəssis) göstərilməklə10.10.2021tarixədək göndərməyiniz xahiş olunur.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizi komandamızda görməkdən məmnun olarıq!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az