"Qızımı sevirəm" layihəsinə start verilir!


"Qızımı sevirəm" layihəsinə start verilir!



Layihə, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilir.



Layihənin məqsədi, cəmiyyətdə qız uşaqlarının dəyərinin artırılması, qadına qarşı ayrı-seçkiliyin aradan qaldırılması, selektiv abortların sayının azaldılmasına şərait yaratmaqdır



Layihə çərçivəsində ilk təlim kursu 11-12 oktyabr tarixlərində, Sabunçu Gənclər Evində baş tutacaq. 2 günlük təlim sesiasının mövzu istiqamətləri aşağıdakılardır

Selektiv abort və cəmiyyətə verdiyi ziyanlar;

Erkən nikah və qız uşaqlarının hüquqları.



2 günlük təlim proqramını bitirən iştirakçılara sertifikat təqdim olunacaq.



Hər 2 təlim Pərvanə Məmmədovanın təqdimatında olacaq. Təlimçimiz, FemACT Azərbaycan Qadınları Fondunun rəhbəridir. Xüsusilə gənclər siyasəti və sosial inkişaf, gender siyasəti və qadınlara qarşı zorakılıq, korporativ ünsiyyət və potensialın gücləndirilməsi üzrə hökumətlərarası, qeyri-hökumət təşkilatları və biznes şirkətləri ilə 20 ildən çox mütərəqqi iş təcrübəsinə malikdir.



Qeyd edək ki, sertifikat əldə etmək üçün hər 2 gün qeyd edilən istiqamətlər üzrə təlimlərdə iştirak etmək mütləqdir!



“Selektiv abort və cəmiyyətə verdiyi ziyanlar” mövzusu üzrə təlim:

11 oktyabr

15:00

Sabunçu Gənclər Evi


“Erkən nigah və qız uşaqlarının hüquqları“ mövzusu üzrə təlim:

12 oktyabr

15:00

Sabunçu Gənclər Evində baş tutacaq.



Təlim kursunda iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/zED2qUU1mqVhYrV9A



Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 91A

Telefon: (012) 425-60-21

Mobil: +994 50 855 07 00



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az